Azad Novruzov Şərur rayonunda vətəndaşlarla görüş keçirib - FOTO
7 saylı-Xanlıqlar seçki dairəsindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş Azad Novruzov Şərur rayonunun Dərəkənd kəndində vətəndaşlarla görüş keçirmişdir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, səmimi keçən görüşdə ilk növbədə ölkəmizdə dövlət və xalq birliyinin nəticəsi olan uğurlaradan danışılmışdır. Kənd sakinlərinin arzu və istəkləri dinlənilmişdir. Azad Novruzov vətəndaşlarla görüşlərin davamlı olaçağına və onların arzu və istəklərinin lazımı orqanlar qarşısında qaldıracağına söz vermişdir.
Sonra o, Dərəkənd kənd məktəbində olmuş, məktəbdə təlim və tərbiyyənin təşkili vəziyyəti ilə tanış olmuşdur.