Azad edilmiş ərazilərdə daha 19 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 19 mina aşkarlanıb

18 Sentyabr 2023

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, sentyabrın 11-dən 17-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 11, tank əleyhinə 8 mina və 34 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

195,7 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.