
AVRO-2024: Türkiyə - Portuqaliya oyununda ilk hissə başa çatıb
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun Türkiyə - Portuqaliya matçında ilk hissə başa çatıb.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, "ay-ulduzlular" hazırda məğlub durumdadır - 0:2.
21-ci dəqiqədə Bernardu Silva hesabı açıb. 29-cu dəqiqədə Samet Akaydın avtoqol müəllifi olub.