AVRO-2024: Niderland millisinin zədələnən futbolçusu əvəzlənib

AVRO-2024: Niderland millisinin zədələnən futbolçusu əvəzlənib

13 İyun 2024

Niderland millisinin zədəli futbolçusu Ten Kopmeynersin əvəzlənməsi ilə bağlı qərar qəbul edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" xarici KİV-ə istinadən xəbər verir ki, zədə üzündən AVRO-2024-ü buraxmaq məcburiyyətində qalan "Atalanta" klubunun 26 yaşlı yarımmüdafiəçisi millidə Coşua Zirkze əvəzləyəcək.

"Bolonya" klubunun formasını geyinən 23 yaşlı hücumçu ötən mövsüm meydana çıxdığı 37 oyunda 12 qola, 7 məhsuldar ötürməyə imza atıb.

Qeyd edək ki, AVRO-2024-də Niderland D qrupunda Polşa, Fransa və Avstriya ilə mübarizə aparacaq.