Aşqabadda Azərbaycan-Türkmənistan  Hökumətlərarası Komissiyasının iclası keçirilib

Aşqabadda Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyasının iclası keçirilib

28 Noyabr 2023

Aşqabadda Azərbaycan-Türkmənistan Birgə Hökumətlərarası Komissiyasının 7-ci iclası keçirilib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

"Ölkələrimizin iqtisadi müstəvidə ortaq maraqlarına xidmət edən təşəbbüslər, həmçinin sənaye, ticarət, KOB, energetika, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikirlərimizi bölüşdük", nazir qeyd edib.

Xatırladaq ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkmənistanda rəsmi səfərdədir.