Ankaranın qədim Qordion şəhəri YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib

Ankaranın qədim Qordion şəhəri YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib

18 Sentyabr 2023

Türkiyənin Ankara rayonunun qədim Qordion şəhəri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə UNESCO-nun Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında qərar qəbul edilib.

Bununla da Türkiyənin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş yerlərinin sayı 20-yə yüksəlib.

Qeyd edək ki, Qordion eramızdan əvvəl 12-ci əsrdə Hetit İmperiyasının dağılmasından sonra yaranmış Frigiyanın siyasi və mədəni paytaxtı olub.