Anar Quliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru ilə görüşüb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Məskunlaşma Proqramının (UNHABITAT) icraçı direktoru Anaklaudiya Rozbax ilə görüşüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat Komitəyə istinadən xəbər verir ki, müzakirələr Ümumdünya Şəhərsalma Forumu (WUF12) çərçivəsində qurumda baş tutub.
A.Quliyev Qahirədə keçirilən Forumun mükəmməl təşkil edilməsinə görə minnətdarlığını bildirib. O, Forumun dayanıqlı şəhər inkişafı sahəsində bilik və ən yaxşı təcrübələrin bölüşməsi üçün dəyərli bir platforma olduğunu vurğulayıb, həmçinin 2026-cı ildə Bakıda keçiriləcək WUF13 üçün hazırlıqlara başlamağı səbirsizliklə gözlədiyini deyərək, bütün iştirakçılar üçün olduqca faydalı və uğurlu tədbir keçiriləcəyinə əminliyini ifadə edib.