Ali Məclisin deputatları payız sessiyası dövründə  218 vətəndaş qəbulu keçiriblər -

Ali Məclisin deputatları payız sessiyası dövründə 218 vətəndaş qəbulu keçiriblər - FOTO

29 Dekabr 2024

Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir, məqsədyönlü və genişmiqyaslı islahatlar aparılır, makroiqtisadi sabitlik təmin edilir. Ölkədə uğurla aparılan ardıcıl islahatlar, müvəffəqiyyətlə reallaşdırılan iqtisadi strategiya bu il də hərtərəfli inkişafın davamlılığını təmin edib, bütün sahələrdə irəliləyişin əldə edilməsinə şərait yaradıb. Təqdirəlayiq haldır ki, bu inkişaf Naxçıvan Muxtar Respublikasını da əhatə edir.Muxtar respublikada həyata keçirilən islahatlar, cənab Prezidentin müvafiq fərmanı ilə yeni idarəetmə institutunun yaradılması bütün sahələrdə əhalinin üzləşdiyi çətinliklərin aradan qaldırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı muxtar respublika əhalisinə göstərilən növbəti diqqət və qayğının əyani ifadəsidir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları da fəaliyyətlərini yaradılan şəraitə uyğun qurur, vətəndaşlarla işəxüsusi diqqət yetirir, təmsil etdikləri şəhər və rayonların inkişafı ilə bağlı səlahiyyətləri daxilində tədbirlər görürlər. Belə ki, 2024-cü ilin payız sessiyası dövründə deputatlar tərəfindən914 sakinin iştirakı ilə218 qəbul keçirilib, vətəndaşların müraciətlərinin həlli istiqamətində tədbirlər görülüb, araşdırılması ehtiyac olan məsələlərlə bağlı dövlət orqanlarına 112 sorğu göndərilib. Həmçinin bu dövr ərzində şəhid və qazi ailələri ilə 213, gənclərlə 11 görüş keçirilib.

Xalqımızın milli birliyini təcəssüm etdirən 31 dekabr Dünya azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə deputatların təşəbbüsü ilə sosial yardıma ehtiyacı olan 304 aztəminatlı ailəyə sovqat paylanılıb, sakinlərin bayramları təbrik edilib.