
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib - FOTO
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi sentyabrın 27-də Anım Günü ilə əlaqədar əvvəlcə Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət edib, daha sonra Naxçıvan şəhər qəbiristanlığındakı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, məzarları üzərinə gül dəstələri düzüblər.