AHİK-in sədri Duzdağ Müalicə Mərkəzində olub -

AHİK-in sədri Duzdağ Müalicə Mərkəzində olub - FOTO

18 Dekabr 2024

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov və nümayəndə heyəti Naxçıvana səfəri çərçivəsində “Duzdağ” Müalicə Mərkəzi MMC-də olublar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qonaqlar Duzdağ Müalicə Mərkəzini ziyarət edib, yaradılan şərait və görülən işlərlə tanış olublar. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev məlumat verərək bildirib ki, Duzdağ Müalicə Mərkəzinin yeraltı hissəsi girişdən 300 metr məsafədə, 110 metr dərinlikdə yerləşir. Burada ilin bütün fəsillərində havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət 24-50 faiz arasında dəyişir. Bu mağaranın duzu ilə nəfəs almaq bir çox xəstəliklərə, bronxial astma, xroniki bronxit, bronxit, astma öncəsi vəziyyət, pollinoz, astmatik komponentli xroniki bronxit və allergik rinitə xeyirlidir.

Vurğulanıb ki, hazırda mərkəzdə xəstələr üçün 474 çarpayı mövcuddur. (AHİK) sədri Müalicə Mərkəzində müalicə turizminin inkişafı üçün hərtərəfli şəraitin yaradılması üçün müəyyən tapşırıqlar verib.