AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət verib

AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət verib

07 Dekabr 2024

AFFA İntizam Komitəsi II Liqada çıxış edən “Hypers Guba” komandasına texniki məğlubiyyət verib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, buna XI turda "Dinamo" ilə səfər matçında adı protokolda olmayan futbolçu Nail Təhməzlinin meydana daxil olması səbəb olub.

Qonaqlar hesab saxlanılmaqla (1:4) texniki məğlubiyyət alıblar.

Quba təmsilçisi bunun üçün 400 manat cərimələnib.