Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib

Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib

09 İyul 2024

VI çağırış Milli Məclisin deputatı Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə olunub.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Adil Abış oğlu Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinə başçı təyin edilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.

Qərar səsverməyə qoyularaq qəbul olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin 8 iyul tarixli Sərəncamı ilə Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.