ABŞ səfiri Ermənistan baş nazirinin müavini ilə demarkasiya prosesini müzakirə edib

ABŞ səfiri Ermənistan baş nazirinin müavini ilə demarkasiya prosesini müzakirə edib

22 Aprel 2024

Ermənistan baş nazirinin müavini Mqer Qriqroyan ABŞ-nin İrəvandakı səfiri Kristina Kuinni ilə görüşüb.

NAXCİVANXEBERLERİ.COM Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı hökumətin mətbuat xidməti yayıb.

Məlumata görə, tərəflər ABŞ-Ermənistan ikitərəfli münasibətləri, eləcə də Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin demarkasiyası prosesini müzakirə ediblər.

Mənsurə Hümbətova