ABŞ BMT TŞ-nın Qəzzada dərhal atəşkəsi tələb edən qətnaməsinə veto qoyub

ABŞ BMT TŞ-nın Qəzzada dərhal atəşkəsi tələb edən qətnaməsinə veto qoyub

09 Dekabr 2023

ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında dərhal atəşkəsi tələb edən qətnamə layihəsinə veto qoyub.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, BMT-yə üzv olan 96 öllkənin birgə hazırladığı qətnamə layihəsi Şurada səsverməyə çıxarılıb. Qətnamə 13 üzv tərəfindən dəstəklənib, Böyük Britaniya səsvermədə bitərəf qalıb.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Robert Vud qətnamə layihəsində HƏMAS-ın qınanılmadığını və Şranın bəzi üzvlərinin bu mövzuda səssiz qalmasının qəbuledilməz olduğunu bildirib.

Qətnamə layihəsində bütün əsirlərin dərhal və qeyd-şərtsiz azad edilməsi, bölgəyə humanitar yardımların çıxışının təmin edilməsi tələb olunurdu.