Abdolbari Gozal vəfat edib

Abdolbari Gozal vəfat edib

18 Yanvar 2025

“Azersun Holding” MMC-nin Müşahidə Şurasının sədri Abdolbari Gozal vəfat edib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə şirkətdən bildirilib.

“Dərin hüznlə bildirmək istəyirik ki, Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi mühüm töhfələrə görə ölkə başçısı tərəfindən "Şöhrət" ordeni, "Tərəqqi" medalı, onlarla yerli və qlobal mükafatla təltif edilən xeyriyyəçi iş adamı, "Azersun Holding"in qurucusu Abdolbari Gozal vəfat edib”, - “Azersun Holding”in yaydığı məlumatda deyilir.

Abdolbari Gözəl 1949-cu ildə İranın Maku şəhərində anadan olub. 1997-ci ildə "Azersun Holding"i yaradıb. O, həm də “Qarabağ” futbol klubunun fəxri prezidenti idi.

Allah rəhmət eləsin.