Abbas Abbasov BTQ-nin fəaliyyəti barədə beynəlxalq konfransın iştirakçılarını məlumatlandırıb
Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov təşkilatın fəaliyyətinə həsr olunmuş təqdimat keçirib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təqdimat "Sen-Martendə Frana və Niderland müstəmləkəçiliyi - bir ada, bir xalq, bir tale" konfransı çərçivəsində keçirilib.
A.Abbasov qeyd edib ki, Bakı Təşəbbüs Qrupu Boneyr, Mayotta və Fransız Polineziyası ilə üç memorandum imzalayıb.
O bildirib ki, BTQ-nin neokolonializm və onun nəticələrinə həsr olunmuş 20-dən çox beynəlxalq tədbir keçirib.
A.Abbasov, həmçinin vurğulayıb ki, birgə səylər və əməkdaşlıq müstəmləkə xalqlarına müstəqillik qazanmağa kömək edəcək.