44 günlük Vətən müharibəsinin xronikası: 30 oktyabr
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
"NAXÇIVANXƏBƏRLƏRİ" Vətən müharibəsinin oktyabrın 30-na olan xronikasını təqdim edir:
- Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl, Zəngilan və Qubadlı rayonunun daha bir neçə kəndi işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
- Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
- Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb. Döyüşlər əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı.
- Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulub. Bərdəni atəşə tutan "Smerç" məhv edilməsinin videogörüntüsü yayılıb.
- Hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib.
- Qubadlı Ermənistan ərazisindən artilleriya atəşinə tutulub.
- Düşmənin raket-artilleriya silahları anbarı məhv edilməsinin videogörtüntüsü yayılıb.
- Cəbrayıl rayonunun işğaldan azad olunan Xudafərin kəndindən videoreportaj hazırlanıb.
- Bərdə və Tərtər şəhərlərini atəşə tutan düşmənə məxsus daha 2 "Smerç" -in məhv edilməsinin videogörüntüsü yayılıb.
- Ermənistan silahlı qüvvələri Tərtərin Ələsgərli kəndinə "Smerç" raketi atıb.
- Düşmənə dəqiq zərbələr endirilməsinin videogörüntüləri yayılıb. Düşmənin növbəti "Osa" ZRK-sı məhv edilməsinin videogörüntüsü yayılıb.