SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nazir: “Əmək haqlarının “kölgə”dən çıxması bank kreditinin rolunun bərqərar olmasına müsbət təsir göstərəcək”

Nazir: “Əmək haqlarının “kölgə”dən çıxması bank kreditinin rolunun bərqərar olmasına müsbət təsir göstərəcək”
7-12-2018, 10:30

“Vergi Məcəlləsinə dəyişiklik kontekstində əməkhaqqlarının "kölgə"dən çıxması Azərbaycan iqtisadiyyatında bank kreditinin rolunun bərqərar olmasına, bərpa olunmasına müsbət təsir göstərəcək”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov İTV kanalında “Biznes Azərbaycan” verilişində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda bir çox insanın real aldığı əmək haqqı ilə sənədləşmədə göstərilən əməkhaqqı arasında uyğunsuzluq mövcuddur.

“Bu, həmin vətəndaşların istər ipoteka kimi uzunmüddətli kreditləri, istərsə də qısamüddətli kreditləri cəlb edə bilməsi üçün böyük məhdudlaşdırıcı amildir. Bu da öz növbəsində iqtisadi artıma mənfi təsir edən amildir. Bu cəmi bir nümunədir ki, 2019-ci ilin yanvarın 1-dən nəzərdə tutulan islahat bu amilə müsbət təsir etməlidir”, - M.Cabbarov vurğulayıb. report.az

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30