SON DƏQİQƏ

naxcivanxeberleri.com

Millət vəkilindən Nərmin Şahmarzadəyə sərt reaksiya

Millət vəkilindən Nərmin Şahmarzadəyə sərt reaksiya
18-12-2018, 00:41


Bu günlərdə sosial şəbəkələrdə Nərmin Şahmarzadə adlı bir azərbaycanlı qızın igid qəhrəmanımız Mübariz İbrahimov haqqında təhqiramiz fikirlərinə rast gəldim. Onun yazısını ürək ağrısı ilə oxudum və bu status ətrafında gedən müzakirələri diqqətlə izləyirəm. Təəssüf ki, Nərmin “nümunəsi” birinci dəfə deyil.

Bu yerdəcə yazıçı Əkrəm Əylislinin xalqımıza ləkə atan kitabını, Avropa ölkələrinə köçmək üçün Ermənistandan siyasi sığınacaq istəyən bir azərbaycanlı ailəsini, bu yaxınlarda məktəbdə uşaqlara erməni rəqsini öyrədən müəllimi yada salaq.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə yazıb.

O qeyd ki, həmin insanlar azdır, barmaqla sayılacaq qədərdir, ancaq onlar var:

“Sanki onlar bu cəmiyyətdə yaşamırlar, sanki Qarabağ ağrısını hiss etmirlər, torpağı işğal edilən ölkənin vətəndaşları deyillər. Onlar Mübariz İbrahimovun ərazimizi işğal etmiş düşmən əsgərlərini öldürdüyünü başa düşmürlər.

Daha doğrusu, şüurlu surətdə başa düşməkdən imtina edirlər. Və fikirlərini əsaslandırmaq üçün söylədikləri də erməni millətçi ideoloqlarının söylədikləri ilə üst-üstə düşür. Sanki “nərminlər” hardasa bu məsələlərlə bağlı bir kurs keçiblər.

Diqqət edirsinizsə, milli düşüncəmizə qarşı hücuma keçənlərin hamısının hardasa bir erməni dostu ortaya çıxır və bildirirlər ki, onlar üçün əsas insanlıqdır”.

Deputatın yazdığına görə, Ermənistanda son zamanlar işğal edilmiş torpaqlarımızı geri qaytarmaq səsləri eşidilir.

“Ancaq Nərmindən fərqli olaraq, Ermənistanda hələ heç kəs öz əsgərinə “Azərbaycanlıya güllə atma, onun bacısı, anası var”, - deyən yoxdur.

“Döyüşmə, silahı at və pasifist ol” şüarları da səslənmir.

Ötən il Füzuli rayonunda yaşyarımlıq Zəhra Quliyeva Ermənistan tərəfindən atəşlə öldürüləndə nə Nərmin Şahmarzadənin, nə də onun erməni dostlarının səsi çıxdı. Bu məsələdə diqqətimi çəkən isə Nərminin provokasiyalı və düşmənə dəstək olan çağırışına cəmiyyətin kütləvi və kəskin reaksiyası oldu. Bu, xalqın səsi idi, milli mənliyin müdafiəsinə hər bir kəsin qalxması idi.

Mənliyini və dəyərlərini qoruyan xalq düşmən cəhdlərinə ilk növbədə özü cavab verəcək”, - deyə millət vəkili yazıb.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 501
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031