15:35 - Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni səlahiyyət verilib
15:25 - Sülhməramlıların avtomobil karvanının aksiya ərazisindən keçidinə şərait yaradılıb
15:20 - “Azərsu” və Meliorasiya Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib-FƏRMAN
15:17 - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb-FƏRMAN
15:15 - Zaur Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib-SƏRƏNCAM
15:10 - Yeni könüllü qrupları ekofəallara dəstək üçün Laçın-Xankəndi yoluna gəliblər
15:05 - Si Cinpin: "Çin müharibəyə hazırlaşır"
15:00 - “Çağdaş Azərbaycan dilinin aktual problemləri” III respublika elmi konfransı keçirilib-FOTO
14:55 - Gürcüstanda ölənlərin sayı yeni doğulanların sayını üstələyib
14:50 - Azərbaycan və Fələstin XİN başçıları görüşüb
14:45 - Premyer Liqa: “Zirə” – “Neftçi” və “Sabah”– “Qəbələ” oyununun hakimləri açıqlanıb
14:40 - Xaricdə təhsil üçün Dövlət Proqramı çərçivəsində sənəd qəbulu başlayıb
14:35 - Ermənistanın baş naziri və Aİ Şurasının Prezidenti arasında telefon danışığı olub
14:30 - 31 martda soyqırımına məruz qalan azərbaycanlıların xatirəsi Eskişehirdə anılıb-FOTO
14:25 - Ekspert: “Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığı daha da səmərəli edəcək”
Dünya bazarında platin ucuzlaşmaqda davam edəcək - ANALİTİKA
Bu ilin əvvəlində dünya bazarında 1 unsiyasının qiyməti 900 – 1 000 ABŞ dolları civarında dəyişən platin hazırda 800 dollardan ucuzdur.
“Report”un analitik qrupu bildirir ki, bu qiymətli metalın dəyərini xeyli sayda amil, o cümlədən baş verən müxtəlif hadisələr, bazardakı möhtəkirlik halları, sənaye müəssisələrinin ona tələbatı və alıcılıq qabiliyyəti müəyyən edir.
“Platinium Geild International” (PGI) nəşrinin builki son hesabatında bildirilir ki, ABŞ-da zərgərlik məmulatlarının istehsalı ilə məşğul olanların platinə tələbatı dünya üzrə ümumi tələbatın 22%-ni təşkil edir. Bu isə kifayət qədər əhəmiyyətli göstəricidir. Son 15-20 il ərzində avtomobil sənayesinin platinə tələbatı 30% azaldığından zərgərlik sektoru tələbatın həcminə görə 4-cü pillədən 2-ci pilləyə yüksəlib. Əvvəllər 2-ci yerdə olan kimya sənayesi isə hazırda 1-ci yerdə qərarlaşıb. Burada bu metaldan avtokatalizator kimi istifadə edilir. Elektrotexnika sənayesi əvvəlki kimi yenə də 3-cü ən böyük platin alıcısıdır. Vaxtilə 1-ci olan avtomobil istehsalçıları isə hazırda 4-cüdür.
“Report”un analitik qrupu hesab edir ki, dünya bazarında platin ucuzlaşmaqda davam edəcək. Məsələ ondadır ki, son illər zərgərlik sektoru da platindən az istifadə etməyə üstünlük verir və daha çox ağ qızıla yönəlir. Son nəticədə platin qızılla müqayisədə daha çox ucuzlaşıb. Bundan başqa, platin külçələrinin hazırlanması prosesində saxtakarlıq halları artıb. Bunu aşkar edən texnologiyalar kifayət qədər inkişaf etmədiyindən investisiya aləti kmi qızıla dhaa çox maraq var. Bütün bunlar isə platinə tələbatı azaldır.
2017-ci ildə əmtəə birjalarında realizə edilmiş platinin ümumi dəyəri 27,8 mlrd. dollar təşkil edib ki, bu da 2016-cı ilə nisbətən 25,5% çoxdur. Qiymətli metalın ən böyük ixracatçıları Cənubi Afrika, Böyük Britaniya, Rusiya, ABŞ və Almaniya olub.