SON DƏQİQƏ

naxcivanxeberleri.com

GÜNÜMÜZÜN VACİB TƏLƏBİ

GÜNÜMÜZÜN VACİB TƏLƏBİ
16-01-2019, 21:44

Hərb quruculuğu işlərinin ən mühüm tərkib hissəsi xidmət yaşlı gənclərin təlim-tərbiyyə işinin mütəşəkkil və məqsədyönlü təşkilidir. Etiraf etməliyik ki, məktəb həyatından ayrılan gənc əhatəsində olduğu müəllimlərin hərtərəfli pedoqoji prosseslərindən, ailə tərbiyəsindən, ictimai həyatın bütün faydalı təsirlərindən sonra ordu xidmətində olarkən özündə müəyyən boşluq hiss edir. Buna əsas səbəblərdən biri də əsgəri xidmət dövründə gənclərin təlim-tərbiyyə işlərinin məzmununu ehtiva edə bilən, milli dəyərlərimizə, bəşəriliyə söykənən sistemli şəkildə hazırlanmış dəyərli vəsaitlərdən kifayət qədər istifadə etməməsi olur.

Hadisələr, aparılan müşahidələr göstəriri ki, müstəqil Azərbaycanımızın qorunub saxlanılması, çiçəklənməsi, inkişaf etdirilməsi, dünyanın inkişaf etmiş dövlətləri sırasında addımlaması üçün əsas atributıalından biri kimi xüsusi rolu olan ordumuzda xidmət edən hər bir gəncin orduya qədərki təlim-tərbiyəsi işi yüksək səviyyədə qurulmalıdır. Hərbi pedoqogikanın tədqiqat məvzusu kimi səciyyələnən hərbi hissələrdə gənclərin təlim-tərbiyə məsələləri ilə bağlı bir çox müəlliflərin elmi araşdırmaıları olsa da, müstəqil həyatımızın tələblərini özündə əks etdirə bilən yeni məzmunda hazırlanmış əsərlərə hər zaman ehtiyac var. Bu baxlmdan gənclərin hərbi xidmətə hazırlığı üçün ilkin təlim-tərbiyə işləri ümumtəhsil məktəblərində ibtidahi hərbi hazırlıq fənninin üzərinə düşdüyünü desək yəqin ki yanılmarıq. Çünki pedoqoji prosessdə uşağın iştirak etdiyi ilk gündən, ailədən bağçadan başlayaraq hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması mühim amllərdən biridir.

Hərbi pedoqogika bir elm kimi öz mövzusunu tədqiqat obyektini bir sistem şəklində - Azərbaycanın tarixi, mədəniyyəti, ərazisi və bir sözlə özünəməxsusluğu üzərində qurmaqla əsgəri xidmətdə olan gənclərin strateji, taktiki bilik, bacarıq və vərdişlərinin qazanılmasına, onların Vətənin qeyrətli övladı kimi yetişib formalaşmasına imkan yarada bilən dəyərli xəzinə olmalıdır. Bu gün əsgəri xidmətdə olan gənc bir vaxtlar müəllim və şagird münasibətində idirsə, indi komandir və əsgər münasibətində olub, bilik, bacarıq və vərdişlərə yiyələnirlər və əsgəri xidmət dövründə müəyyən sistem daxilində davam edir, onların dünyagörüşü, mənəvi keyfiyyətləri yaradıcılıq qabiliyyətləri formalaşır. Bir çox müşahidələr göstərir ki, hərb quruluşunun müəyyən sahəsi üzrə mükəmməl ixtisas təhsili olan mütəxəssis pedoqogikanın əsas kateqoriyaları və vəzifələrini lazımı səviyyədə bilməzsə əsgərlərlə apardığı təlim-tərbiyə işinin səmərəsi də aşağı olar. Bunun üçün də məktəblərdə müəllimlər, hərbi hissələrdə isə komandirlər öz vəzifələrinin öhtəsindən lazımı səviyyədə gəlməlidir. Onların başlıca vəzifəsi gənclərimizi hərbi xidmətə yollanmazdan əvvəl və əsgəri xidmət zamanı düzgün mariflındirmək, onların təlim-tərbiyə işinin məzmununu Ali Baş komandanın göstərişi və sərəncamlarından irəli gələn tələblər üzərində qurmaqla ideoloji fəaliyyətlərini Azərbaycanın bütövlüyü, müstəqilliyimizin dönməzliyi istiqamətində inkişaf etdirməyə səfərbər etməkdir. Xidməti müddətdə əsgərlik borcunu yerinə yetirən hər bir gəncin gündəlik fəaliyyəti, təlim-tərbiyə onların işlərinin məqsəd və vəzifəsinə xidmət göstərməklə ona Vətənə məhəbbət və sevgi formaladırmalıdırlar.

Əsgərə zəruri olan hərbi biliklərə yiyələnmək imkanı yaratmağa çalışan komandir hərb tariximizdə silinməz iz qoyan Şah İsmayıl Xətai, Səməd bəy Mehmandarov, Abasquluağa Bakıxanov, Əliağa Şıxlınski, Həzi Aslanov, Mehdi Hüseynzadə və müasir dövrün milli qəhrəmanlarının şəxsi nümunəsindən istifadə etməklə öz işlərini lazımı səviyyədə həyata keçirə bilərlər. Ümid edirik ki, milli mənəvi dəyərlərimizin tərkib hissəsi olan hərbi pedoqogikanın mənbəyi olan Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda mübarizə aparan, çalışan, uzaq ellərdə yaşayaraq övlad təssübkeşliyi keşirən hər bir insanın həyat fəaliyyəti barədə gəclərimizi məlumatlandırmaqla bu sahədə müsbət dönüş yaratmaq olacaq.

Bəxtiyar ƏLİYEV

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930