SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dövlət Məşğulluq Xidməti və Gənclər Fondu Gənclərin Məşğulluğu Proqramına başlayıb

Dövlət Məşğulluq Xidməti və Gənclər Fondu Gənclərin Məşğulluğu Proqramına başlayıb
15-04-2019, 20:41

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Gənclər Fondu tərəfindən Gənclərin Məşğulluğu Proqramına start verilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, bununla əlaqədar keçirilən mətbuat konfransında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov ölkə gənclərinin hərtərəfli inkişafına şərait yaradılmasının Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən olduğunu vurğulayıb. F.Cəfərov Fondun bu sahədə gördüyü işlər sırasında gənclərin məşğulluğunun dəstəklənməsinin mühüm yer tutduğunu, hazırda başlanan Gənclərin Məşğulluğu Proqramının qeyd olunan istiqamətdə növbəti addım olduğunu qeyd edib.

Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev dövlət başçısının uğurlu sosial-iqtisadi siyasətində gənclərin məşğulluğunun təmin edilməsinin mühüm yer tutduğunu bildirib. O, gənclərlə bağlı həyata keçirilən aktiv məşğulluq tədbirlərindən bəhs edib, yeni icrasına başlanan proqramın gənclərin əmək bazarına inteqrasiyasında önəmli rola malik olacağını diqqətə çatdırıb.

Mətbuat konfransında qeyd olunub ki, Gənclərin Məşğulluğu Proqramının məqsədi gənclərin uğurlu karyera planlaşdırmasına (ixtisas üzrə iş tapmaq), əlavə iş (xüsusilə də regionlarda) yerlərinin yaradılmasına, iş üçün müraciət edən gəncin ilk iş təcrübəsi qazanmasına, əmək bazarında rəqabətin artırılmasına dəstək verməkdir.

Ali və orta-ixtisas təhsili müəssisələrinin 29 yaşına qədər olan məzunları Proqram çərçivəsində işə cəlb olunacaqlar. Onlarla minimum 1 illik əmək müqaviləsi bağlanacaq və müəyyən müddətə əmək haqqının bir qismi Fond tərəfindən maliyyələşdiriləcək. Gənclər üçün Gənclər Fondu və Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil ediləcək karyera planlaması və peşə təlimlərində iştirak etmək imkanı da yaradılıb.

Proqramın icrası zamanı sosial cəhətdən həssas kateqoriyalardan (əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, məcburi köçkünlər və s.) olanlara, regionlarda yaşayanlara, iş təcrübəsi olmayanlara üstünlük veriləcək. Proqrama ilk qəbul 15 aprel-30 may tarixlərini əhatə edəcək. Proqrama müraciət edən gənclərdən iş tapılmasında çətinlik yaranan şəxslər olduqda, onların siyahısı Fond tərəfindən tərtib edilərək Dövlət Məşğulluq Xidmətinə təqdim olunacaq və Xidmət tərəfindən onların məşğulluğu təmin ediləcək.

Proqramın icrası prosesi il boyu davam etdiriləcək, təklif olunan vakansiyalar mütəmadi olaraq, yenilənəcək. Həmçinin işə qəbul olunan gənclərin əmək fəaliyyətinə Gənclər Fondu tərəfindən davamlı olaraq monitorinq həyata keçiriləcək.

İştirak etmək istəyən gənclər Fondun internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçib, elektron xidmətlər bölməsindən onlayn qaydada müvafiq vakansiya üzrə müraciətlərini göndərə bilərlər.


Dövlət Məşğulluq Xidməti və Gənclər Fondu Gənclərin Məşğulluğu Proqramına başlayıb
Dövlət Məşğulluq Xidməti və Gənclər Fondu Gənclərin Məşğulluğu Proqramına başlayıb
Dövlət Məşğulluq Xidməti və Gənclər Fondu Gənclərin Məşğulluğu Proqramına başlayıb
Dövlət Məşğulluq Xidməti və Gənclər Fondu Gənclərin Məşğulluğu Proqramına başlayıb
Dövlət Məşğulluq Xidməti və Gənclər Fondu Gənclərin Məşğulluğu Proqramına başlayıb

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930