Ev Digər ZƏHRANIN ÖLÜMÜNÜ DÜNYAYA ÇATDIRAQ!!! (KAMPANİYA)

ZƏHRANIN ÖLÜMÜNÜ DÜNYAYA ÇATDIRAQ!!! (KAMPANİYA)

766
0
PAYLAŞ

Dəyərli NAXCİVANXEBERLERİ.COM oxucuları!

İlk öncə bütün millətimizə bu qandonduran hadisə ilə bağlı başsağlığı diləyirik. Amma bu hadisə qarşısında bütün edəcəyimiz təkcə bir-birimizə başsağlığı vermək, ya da sosial şəbəkələrdə erməniləri uşaq qatili adlandırmaq deyil. Daha böyük çağırışlarla dünya əhalisini bu məsələyə bir daha baxmağa vadar etməliyik. Belə ki, biz öz saytımızda 06.07.2017 tarixini “ZƏHRANIN ÖLÜMÜNÜ DÜNYAYA ÇATDIRAQ” kampaniyası altında iş günü elan edəcəyik. Qələm sahibi oxucularımızdan istəyimiz Zəhranın ölümünü əks etdirən yazılarla çıxış etmələri olacaq. (Qarşımızdakının erməni vəhşiliyini görməsinə köməklik edəcək konseptdə olması daha yaxşı olar). Növbəti mərhələdə yazılarınızı saytımızın mailinə göndərərək onların tərəfimizdən yayımlanmasına köməklik edə bilərsiniz.(naxcivanxeberleri.com@gmail.com). Növbəti mərhələdə isə biz Azərbaycanda olan bütün dillərdəki tərcüməçiləri köməyə səsləyirik. Bu yazılardan bir neçəsi tərcümə olunaraq saytımızda yerləşdiriləcək. Sonda isə bu yazıları hər birimiz profilimizdə olan xarici vətəndaşlara ismarıc şəklində göndərəcəyik. Birlikdə edəcəyimiz bu kampaniya vasitəsilə dünya bu hadisə qarşısında bir fərqindəlik qazanacaq. Allah yolumuzu açıq etsin. AMİN!

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here