Ev Regionlar YAP Kəngərli Rayon Təşkilatında konfrans keçirilib

YAP Kəngərli Rayon Təşkilatında konfrans keçirilib

313
0
PAYLAŞ

Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatı  “Ulu öndər Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda elmi-praktiki konfrans keçirib.

NAXCİVANXEBERLERİ.COM Naxcivantv.az-a istinadən xəbər verir ki,  Yeni Azərbaycan Partiyası Kəngərli rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən danışıb. Bildirilib ki, ilk dəfə 1991-ci il dekabrın 31-də Naxçıvan Muxtar Respublikasında ümummilli liderin təşəbbüsü ilə qeyd edilən  Dünya Azərbaycanlılarının Həmrəylik Günü müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı milli birliyə çağırıb. Məhz bundan sonra dünyada yaşayan azərbaycanlılar bir ideya ətrafında sıx birləşiblər.      Konfransda Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının şura üzvü Tamaşa Babayeva, Yurdçu kənd  ərazi ilk partiya təşkilatının üzvü Hafiz Mehdiyev, partiyanın gənc üzvü Aysel Seyidova çıxış ediblər.

Sonda konfrans iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan videomaterial izləyiblər.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here