Ev Dünya Yalan məlumat nəticəsində Tbilisi aeroportunda üç aviareys təxirə salınıb

Yalan məlumat nəticəsində Tbilisi aeroportunda üç aviareys təxirə salınıb

143
0
PAYLAŞ

Ş.Rustaveli adına Tbilisi beynəlxalq aeroportunda sərnişinlərin təxliyəsi ilə əlaqədar üç aviareys təxirə salınıb.

Tbilisi-Astana, Tbilisi-Təl-Əviv və Tbilisi-Tehran reysləri təxirə salınıb. Bu reyslər üzrə uçuşlar yaxın vaxtlarda yerinə yetiriləcək.

Tbilisi beynəlxalq aeroportunun informasiya mərkəzindən bildiriblər ki, reyslərin təxirə salınması uçuşlarla əlaqəli olmayıb.

Hava limanında təhlükəli çanta və çantada partlayıcı maddə olması ehtimalı barədə “112” çağrı mərkəzinə gəlmiş anonim zəng nəticəsində aeroportun fəaliyyətində fasilə yaranıb. Polis aeroportun hər iki terminalında axtarış aparıb. Partlayıcı qurğu tapılmayıb.

Sərnişinlərə aeroportun hər iki terminalına girib-çıxmalarına icazə verilib.

“112” çağrı mərkəzinə zəng vuraraq yalan məlumat vermiş şəxs axtarılır. azertag.az

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here