•   Haqqımızda
  •   Əlaqə
  • 23:02 31 mart Azərbaycanlıların SOYQIRIMI günüdür UNUTMAYAQ VƏ UNUTDURMAYAQ!

    Avropada 40 nəfər şaxtanın qurbanı olub

    Avropada güclü şaxtadan ölənlərin sayı 40-a çatıb.

    Bu barədə DW agentliyi məlumat yayıb.

    Məlumata görə, ölənlərin böyük qismi Polşanın payına düşür. Bu ölkədə təkcə ötən həftənin şənbə gecəsindən bazar gününə qədər 10 nəfər donub. Ümumilikdə Polşada şaxta qurbanlarının sayı 30 nəfərə çatıb.

    Çexiyada şaxtadan ölənlərin sayı 3-dən 6 nəfərə yüksəlib. Bu rəqəm Belarusda 2 nəfər təşkil edir.

    Daha 2 nəfər isə İtaliyada soyuqdan donub. Bunlardan biri istilik sisteminin olmadığı mənzildə dünyasını dəyişmiş 82 yaşlı təqaüdçüdür. Digər şəxs isə 78 yaşlı qocadır. O, küçəyə çıxarkən huşunu itirərək yıxılıb və aldığı zərbədən ölüb.

    Avropadakı güclü şaxtadan ölənlərin böyük qismi evsiz insanlardır.

    Associated Press isə İtaliyada 7 nəfərin öldüyünü xəbər verib. Agentliyin məlumatına görə, Bolqarıstan və Yunanıstandan da şaxtadan ölüm halları daxil olub.

    Qeyd edək ki, güclü şaxtalı hava şəraiti Avropanın bir sıra ölkələrində nəqliyyatın da hərəkətini iflic edib.(Report)



    Yazar: Naxcivanxeberleri.com   Tarix 10-01-2017, 09:20   




    WhatsApp








    Şərhlər (Facebook)