•   Haqqımızda
  •   Əlaqə
  • 20:34 "Evimizdən heç yana gedən deyilik" CƏBHƏ KƏNDİNDƏN REPORTAJ

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İranın Naxçıvandakı Baş konsulluğunda Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verib


    İran İslam Respublikasının dördüncü Prezidenti, görkəmli dövlət xadimi Əli Əkbər Haşimi Rəfsəncani 2017-ci il yanvarın 8-də vəfat edib.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, yanvarın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğuna gəlib, görkəmli dövlət xadimi Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verib.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İranın Naxçıvandakı Baş konsulluğunda Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verib















    Ali Məclisin Sədri Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbərini kədərlə qarşıladığını bildirib. Ali Məclisin Sədri Azərbaycan-İran əlaqələrinin əsasının ümummilli lider Heydər Əliyev və görkəmli dövlət xadimi Əli Əkbər Haşimi Rəfsəncani tərəfindən qoyulduğunu qeyd edib, Naxçıvan Muxtar Respublikasının ağır dövründə Əli Əkbər Haşimi Rəfsəncaninin xidmətlərini diqqətə çatdırıb.

    İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrom Əli Əkbər Haşimi Rəfsəncaninin İran İslam Respublikasının inkişafı sahəsində gördüyü işlərdən danışıb, göstərilən diqqətə görə minnətdarlıq edib.

    Sonra Qurani-Kərimdən ayələr oxunub.

    Ali Məclisin Sədri baş konsulluqda Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar açılan xatirə dəftərini yazıb, İran dövlətinə və xalqına başsağlığı verib.



    Yazar: Naxcivanxeberleri.com   Tarix 10-01-2017, 11:18   




    WhatsApp








    Şərhlər (Facebook)