•   Haqqımızda
  •   Əlaqə
  • 20 Yanvar şəhidlərinin xatirəsinin yad edilməsi məqsədi ilə gənclərin Xatirə Muzeyinə gəzintisi təşkil edilmişdir

    NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, 20 Yanvar şəhidlərinin xatirəsinin yad edilməsi məqsədi ilə gənclərin Xatirə Muzeyinə gəzintisi təşkil edilmişdir

    Əvvəlcə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev çıxış edərək gənclərə tədbirin mahiyyəti və 20 Yanvar faciəsi qurbanları haqqında geniş məlumat vermişdir.

    Daha sonra Muzeyin bələdçisi Rəqsanə Kərimova Muzeydə olan eksponatlar və Muzeyin yaranma tarixi haqqında tədbir iştirakçılarını məlumatlandırmışdır. Qeyd olunmuşdur ki, Muzeydə 400-dən çox eksponat vardır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi Muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda, qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar nümayiş etdirilir. Gəzintidə 30 nəfər gənc iştirak etmişdir.
    20 Yanvar şəhidlərinin xatirəsinin yad edilməsi məqsədi ilə gənclərin Xatirə Muzeyinə gəzintisi təşkil edilmişdir

    Yazar: Naxcivanxeberleri.com   Tarix 11-01-2017, 15:33   

    Şərhlər (Facebook)