•   Haqqımızda
  •   Əlaqə
  • 23:02 31 mart Azərbaycanlıların SOYQIRIMI günüdür UNUTMAYAQ VƏ UNUTDURMAYAQ!

    AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin iclası keçirildi



    NAXCİVANXEBERLERİ.COM AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsiinin məlumatına istinadən xəbər verir ki, AMEA Naxçıvan Bölmənin Rəyasət Heyətinin bu ilə olan ilk iclası keçirildi.

    AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin iclası keçirildi















    Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış etdi.

    AMEA Naxçıvan Bölməsinin elmi-təşkilati məsələləri haqqında çıxış edən akademik İsmayıl Hacıyev Rəyasət Heyətinin və bölmənin elmi-tədqiqat müəssisələrinin 2017-ci il üçün iş planını açıqladı. Akademik İsmayıl Hacıyev cari ildə tədqiqatların elmi səmərəliyini artırmaq üçün institut direktorlarına müvafiq tapşırıq və tövsiyyələrini verdi. İki bölmə 47 maddədən ibarət iş planı müzakirələrdən sonra təsdiq edildi.

    AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin iclası keçirildi






















    İclasda kadr hazırlığı məsələlərinə də toxunuldu. Bölmənin doktorant və dissertantlarının attestasiyadan keçirilməsi ilə bağlı Təhsil və kadrlar şöbəsinin baş mütəxəssisi Leyla Səfərova məlumat verdi. Doktorantların təqdim olunan mövzuları müzakirə edilərək Rəyasət Heyətinin qərarı ilə təsdiq edildi. Daha sonra bölmənin fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul məsələsinə baxıldı.

    Tədbirin sonunda bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə akademik İsmayıl Hacıyev və bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi Elnur Kəlbizadənin həmmüəllif olduqları “Naxçıvanlı diplomatlar” , İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin “Naxçıvan əhalisinin etnogenezi tarixindən” (II cild) və Təbii Ehtiyatlar İnstitutunun elmi işçisi Mahnur Cəfərlinin “Diaion cr11, Dowex m 4195, ku-2x8 və kb-4P-2 ionitləri ilə məhlullardan Zn2+ və Pb2+ -ionlarının sorbsiyası” kitablarını Rəyasət Heyətinin üzvülərinə təqdim etdi. Müzakirələrdən sonra hər 3 kitabın nəşrinə icazə verildi.



    Yazar: Naxcivanxeberleri.com   Tarix 11-01-2017, 11:59   




    WhatsApp








    Şərhlər (Facebook)