•   Haqqımızda
  •   Əlaqə
  • 23:02 31 mart Azərbaycanlıların SOYQIRIMI günüdür UNUTMAYAQ VƏ UNUTDURMAYAQ!

    Ötən il Naxçıvan Ombudsmanına 106 müraciət olub


    2016-cı ildə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) ünvanına yazılı, şifahi və elektron formada 106 müraciət daxil olub. Daxil olan müraciətlərin 45-ni şikayətlər, 61-ni isə ərizələr təşkil edib.

    NAXCİVANXEBERLERİ.COM- un xəbərinə görə, bu barədə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2016-cı ildə fəaliyyəti haqqında illik məruzəsində qeyd olunub.

    Qanunun tələblərinə müvafiq olaraq şikayətlərin Müvəkkilin səlahiyyətlərinə aid olmaması səbəbindən 8 şikayətə baxılmasından imtina edilib. 37 müraciət baxılmaq üçün icraata qəbul edilib, onlardan 10-u təmin edilib. 27 şikayətə baxılması zamanı hüquq pozuntusu aşkar edilməyib.

    Daxil olan müraciətlərin araşdırılması ilə əlaqədar muxtar respublikanın dövlət və yerli özünüidarəetmə orqanlarına müvafiq sorğular ünvanlanıb, ərizəçilərə hüquqları izah edilib.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində 9 məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilib, 3 məhkumun cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilib.



    Yazar: Naxcivanxeberleri.com   Tarix 10-01-2017, 16:38   




    WhatsApp








    Şərhlər (Facebook)