•   Haqqımızda
  •   Əlaqə
  • 20:02 Prezident Fərman imzaladı - Məcburi köçkünlər üçün vahid aylıq müavinət müəyyən edildi
    17:16 Dolların sabaha olan – MƏZƏNNƏSİ
    13:17 "Körpəmi görə bilərəmmi ?" - ibrətamiz hekayə

    Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub


    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 42 dəfə pozub.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.



    Yazar: Naxcivanxeberleri.com   Tarix 11-01-2017, 09:43   




    WhatsApp








    Şərhlər (Facebook)