•   Haqqımızda
  •   Əlaqə
  • 20:34 "Evimizdən heç yana gedən deyilik" CƏBHƏ KƏNDİNDƏN REPORTAJ

    Həmsədrlər şəhidimizin nəşinin qaytarılmasını tələb edir

    Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanı ötən ilin dekabrında Ermənistan-Azərbaycan sərhədində baş verən insident zamanı həlak olan azərbaycanlı əsgərin meyitini dərhal ölkəsinə qaytarmağa çağırıb.

    Bu barədə həmsədrlərin birgə bəyanatında deyilir.

    “Biz tərəfləri qarşılıqlı ittihamlara son qoymağa və yerlərdə vəziyyətin sabitləşdirilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırırıq”.

    Həmsədrlər Ermənistan və Azərbaycanı Vyana və Sankt - Peterburq görüşlərində əldə edilmiş razılaşmalara ciddi riayət etməyə çağırıb. Həmsədrlər, həmçinin 2010-cu ildə Həştərxan görüşündə əldə olunan razılaşmaya uyğun olaraq həlak olan hərbçi nəşinin vətəninə qaytarılması üçün çağırış edib.



    Yazar: Naxcivanxeberleri.com   Tarix 10-01-2017, 09:42   




    WhatsApp








    Şərhlər (Facebook)