•   Haqqımızda
  •   Əlaqə
  • 20:34 "Evimizdən heç yana gedən deyilik" CƏBHƏ KƏNDİNDƏN REPORTAJ

    Naxçıvanda gənclər hərbi xidmətə yola salınıblar


    Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çağırışçı gənclərin hərbi xidmətə yola salınması münasibətilə tədbir keçirilib.

    NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

    Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Sultan İsmayılov, Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, ədliyyə müşaviri Emin Səfərov, muxtar respublikanın gənclər və idman nazirinin müavini Məcid Seyidov və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.

    Çıxışlarda qeyd olunub ki, son illərdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Silahlı Qüvvələrin Naxçıvan Muxtar Respublikasında yerləşən hissələrinin də inkişafına hərtərəfli şərait yaradıb, maddi-texniki təminat gücləndirilib, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılıb. Bütün bunlar çağırışyaşlı gənclərin hərbi hissələrdə nümunəvi xidmətinə imkan yaradıb.

    Valideyn Abbas Məmmədov ordu sıralarına yola düşən gənclərə xoş arzularını çatdırıb, övladının hərbi xidmətə yollanmasından qürur hissi keçirdiyini deyib.

    Çağırışçılar adından çıxış edən İbrahim Allahverdiyev Vətənə şərəflə xidmət edəcəklərinə, verilən əmr və tapşırıqları can-başla yerinə yetirəcəklərinə söz verib.(AZƏRTAC )



    Yazar: Naxcivanxeberleri.com   Tarix 7-01-2017, 12:20   




    WhatsApp








    Şərhlər (Facebook)