•   Haqqımızda
  •   Əlaqə
  • 20:02 Prezident Fərman imzaladı - Məcburi köçkünlər üçün vahid aylıq müavinət müəyyən edildi
    17:16 Dolların sabaha olan – MƏZƏNNƏSİ
    13:17 "Körpəmi görə bilərəmmi ?" - ibrətamiz hekayə

    MN: erməni silahlı bölmələri atəşkəsi 39 dəfə pozub

    Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 39 dəfə pozub.

    Müdafiə Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Ağdam və Əlibəyli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

    İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.



    Yazar: Naxcivanxeberleri.com   Tarix 7-01-2017, 10:43   




    WhatsApp








    Şərhlər (Facebook)