•   Haqqımızda
  •   Əlaqə
  • 23:02 31 mart Azərbaycanlıların SOYQIRIMI günüdür UNUTMAYAQ VƏ UNUTDURMAYAQ!

    Naxtel 4G fəaliyyətini genişləndirir - Naxtel 4G haqqında məlumat


    2016-cı ilin oktyabr ayında fəaliyyətə başlayan Naxtel 4G, Azərbaycanın mobil rabitə sahəsində abonentlərin rahatlığı ilə yanaşı, yeniliklərdən istifadəsini təmin etmək üçün Naxçıvan Muxtar Respublikasında istifadəyə verilmiş 4-cü nəsil mobil operatordur.

    Bildiyimiz kimi, 4G texnologiyasının təqdim etdiyi sürət göstəriciləri 3G şəbəkəsindən 10 dəfə çoxdur. Eyni zamanda 4-cü nəsil kabelsiz telefon texnologiyası, digər GSM standartları kimi hücrəvi 1 şəbəkə sistemi istifadə etməyi və üçüncü nəsildə ortaya çıxan əhatə dairəsi problemi
    başda olmaqla, bir çox problemləri həll etmişdir.

    “ Naxtel 4G” 4-cü nəsil GSM+LTE operatoru 2015-ci ilin iyul ayından Muxtar Respublika ərazisində təsis olunmuşdur. Naxtelin məqsədi müasir texnologiyalardan istifadə etməklə vətəndaşlara yüksək keyfiyyətli mobil xidmətlər təqdim etmək, yeni nəsil telekommunikasiya şikətinə çevrilmək, işgüzar fəaliyyətini gücləndirməkdir.Bunun üçün isə Naxtel 4G müştərilərinin istəklərinə uyğun xidmət etməyə çalışır.

    Hazırda 98 baza stansiyası vasitəsilə Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələrini əhatə edən Naxtel 4G mobil şəbəkəsində 800, 900 və 1800 Mhs tezlik diapozonlarının hər üçündən istifadə olunur. Bu da abunəçilər üçün ideal imkanlar yaradır. Naxtel 4G təkcə Muxtar Respublika ərazisində deyil, ölkəmizin digər bölgələrində milli rominq üzərindən fəaliyyət göstərir. Bununla yanaşı yeni yardılan mobil operatorun dünyanın 10-dan artıq ölkəsi ilə beynəlxalq münasibətləri mövcuddur. Bu fəaliyyətə səs, data və sms xidmətləri daxildir. Yaxın gələcəkdə isə mobil imkanlarımızın daha da genişlənməsi qaçılmazdır. Elə Naxtelin işə başlayarkən “Gələcəyə doğru” şüarını seçməsi də Naxtelin özünə olan inamının sübutudur.

    Naxtel 4G-nin Muxtar respublika ərazisində və rayon poçt bölmələrində yerləşən müştəri xidmətləri fəaliyyətə başladığı gündən etibarən, müştərilərinə bu müasir texnologiyanın imkanlarından faydalanmaqda kömək edir. 299 məlumat xidməti vasitəsi ilə müştərilər Naxtel 4G şəbəkəsi haqqında ətraflı məlumat ala, istifadə zamanı qarşılaşdıqları problemləri rahat və qısa yolla həll edə bilərlər. 299 məlumat xidməti bununla yanaşı müştərilərindən gələn təklif və iradları qeydə alıb, gələcək işlərinə yön verərkən bu nüanslara diqqətcil yanaşır. Texniki və texniki dəstək şöbələrinin birgə fəaliyyəti nəticəsində Muxtar Respublika ərazisində şəbəkələrin yüksək səviyyədə qurulması prosesi davam etdirilir. Muxtar respublikaının hər bir yerində, hətda ən ucqar dağ kəndlərində belə Naxtel 4G şəbəkəsi fəaliyyət göstərmə imkanına malikdir.

    Naxtel 4G müştərilərinə standart, mikro, nano danışıq nömrələri, həmçinin internet nömrələri təqdim edir. Naxtel 4G –nin GSM nömrələri fakturalı, fakturasız və korporativ tariflərdən ibarətdir. Fakturalı tariflərimizə Sadə və Elit paketləri, fakturasız tariflərimizə isə Tələbə, Sosial, Arzu və Xəyal paketləri daxildir. Tələbə paketi tələbələrin mobil xərclərini azaltmaq məqsədi ilə Naxtel 4G tərəfindən yaradılmış unikal bir tarifdir.Həmçinin zəng, sms və interneti bir arada istifadə etmək istəyən abunəçilər üçün Arzu və Xəyal paketləri yaradılmışdır. Korporativ 1 və Korporativ 2 tarifləri isə daha çox müəssisə və təşkilatlar üçün düşünülmüş bir tarifdir. Bu tarifdə qrup daxili danışıq və sms-in pulsuz olması onun əsas üstünlüyüdür. Naxtel 4G Azərbaycanın digər bölgələrində milli rominqdə sabit bir qiymətə 0.08AZN -ə fəaliyyətə göstərir. Bundan əlavə dəyəri 2 AZN olan Data nömrələr həm mobil telefonlar həm də mobil cihazlarda 4G sürətindən rahatlıqla faydalanmaq üçün təklif olunur. Bu nömrələr yalnız Data və SMS xidmətləri üçün yaradılmışdır.

    Naxtel Toplu SMS tarifi ilə də, insanları özünə cəlb etməyi bacarır. Sizin müştərilərinizlə əlaqənizin ən qısa və sərfəli yolu yenə Naxteldən keçir. Bu xidmət vasitəsi ilə siz öz müraciətlərinizi, mağazanıza yeni malların daxil olması, kampaniya, reklam və endirimləri o cümlədən yeni ofis və satış nöqtələrinin istifadəyə verilməsi və.s bu kimi məlumatları müştərilərinizə tez bir zamanda çatdıra bilərsiniz. Naxteldən Toplu SMS əldə edən müştərilərimizə ilkin olaraq 1000 sms hədiyyə olunur.

    Gələcəyə doğru şüarını özünə rəhbər tutan Naxtel GPS Texnologiyası sahəsində də öz sözünü deməyi bacarmışdır. Siz Effektiv nəzarətə ehtiyacı olan avtopark rəhbərisinizsə, sürücülərin yanacağa, odometr göstəricisinə müdaxilə etməsindən və ya yol hərəkəti qaydalarını pozmasından şübhələnirsizsə, Naxtel 4G – Nəzarət və izləmə sistemini qurun və xərclərinizi azaldın. Naxtel 4G sistemi yanacaq xərclərini 30% - ə dək azaldır, texnikanın istismarına nəzarəti gücləndirir və fırıldaqçı işçilərin aşkarlanmasını təmin edir. Sistem bir toxunuşla nəqliyyat vasitələtinin marşurutları, yanacaq istifadəsi, doldurulması, boşaldılması, dayanacaq vaxtı, təyin olunmuş geozonaya daxil olma və çıxma və.s kimi hesabatları formalaşdırır.

    Naxtel 4G internetdən daha rahat bir şəkildə yararlanmaq üçün mobil mi-fi, CPE, datakart cihazlarını alıcılarının diqqətinə çatdırır. Enerji saxlama qabiliyyətli yüksək olan mi-fi özünüzlə istənilən yerə daşıya biləcəyiniz və həmçinin digər cihazlara internet ötürə biləcəyiniz ideal cihazdır. Bununla yanaşı iş yerləri, evlərdə istirahət zaman sizin ən yaxın dostunuza çevriləcək datakartları, CPE cihazlarını Naxtel müştəri xidmətlərindən əldə edə bilərsiniz. Naxtel yüksək keyfiyyətli və ən son müasir xidmətlər təqdim edən Huawei mobil telefonlarını da həmçinin sizlərin xidmətinə verir. Ancaq hamısı bu deyil. Naxtel 4G dünyanın aparıcı telefon brendlərindən biri olan Huawei şirkəti ilə olan müqaviləyə əsasən, Huawei telefonlarını daha ucuz qiymətlə, sərfəli kampanyalarla, ən əsası yüksək keyfiyyətlə öz müştərilərinə təqdim edir.


    Elgün İbrahimov
    Marketinq, Rominq ve mühasibatliq söbəsinin müdiri


    Naxtel 4G fəaliyyətini genişləndirir
    Naxtel 4G fəaliyyətini genişləndirir
    Naxtel 4G fəaliyyətini genişləndirir
    Naxtel 4G fəaliyyətini genişləndirir
    Naxtel 4G fəaliyyətini genişləndirirNaxtel 4G fəaliyyətini genişləndirir



    Yazar: Naxcivanxeberleri.com   Tarix 9-01-2017, 23:38   




    WhatsApp








    Şərhlər (Facebook)