Ev IKT “WhatsApp”da daha bir YENİLİK

“WhatsApp”da daha bir YENİLİK

269
0
PAYLAŞ

“WhatsApp”da göndərən şəxsi yazısını silsə belə, ismarıcı saxlamağın yolu tapılıb: yazışmanı sitat vasitəsilə “xilas etmək” olar.

Naxcivanxeberleri.com Lenta.ru-ya istinadən xəbər verir ki, bu metod “The Next Web” portalının diqqətini çəkib.

Bir neçə ay əvvəl “WhatsApp” səhvən göndərilən və ya istifadəçinin yazışmada qalmasını istəmədiyi ismarıcları silmək imkanı yaradıb. Ancaq alqoritm tam olaraq plana uyğun işləməyib: ismarıcın yaddaşda qalması üçün onu sitata çevirmək və ya ismarıca cavab vermək kifayətdir.

“WhatsApp” administrasiyasının yaydığı təlimata əsasən, məktubu göndərdikdən sonra yalnız yeddi dəqiqə ərzində silmək olur. Ancaq təlimatda məktubların dırnaq işarələrinin köməyi və ya cavablama yolu ilə yadda saxlama müddətinin uzadılması haqqında heç bir şey deyilmir.

Sitat gətirilən ismarıclar silindikdə belə, bu metodlarla istər qrup, istərsə də şəxsi yazışmalarda mövcud olmağa davam edir. İndi mütəxəsislər bu məsələ üzərində “baş sındırır”: bu, “WhatsApp” komandasının yol verdiyi xətadır, yoxsa istifadəçilərin sərəncamına verilmiş xüsusi tənzimləmə?!

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here