Ev İdman “Vorskla”–“Qarabağ” oyununun hakimləri bəlli olub

“Vorskla”–“Qarabağ” oyununun hakimləri bəlli olub

36
0
PAYLAŞ

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində “Qarabağ”ın səfərdə Ukraynanın “Vorskla” komandasına qarşı keçirəcəyi oyunun hakimləri açıqlanıb.

Naxcivanxeberleri.com xəbər verir ki, noyabrın 8-də Poltavadakı Aleksey Butovski adına stadionda baş tutacaq görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Matçın referisi Sandro Şörer olacaq. Bekim Zoqay və Ştefan De Almeyda yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.

Dördüncü hakim funksiyasını Raffael Tseder yerinə yetirəcək. Əlavə köməkçi hakimlər Alen Byeri və Lukas Fandrix olacaq. Almaniyalı Edqar Ştaynborn görüşün hakim-inspektoru, danimarkalı Klaus Kristensen isə UEFA nümayəndəsidir.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here