Ev İdman Voleybol üzrə rayon birinciliyinə start verilib

Voleybol üzrə rayon birinciliyinə start verilib

81
0
PAYLAŞ

Naxcivanxeberleri.com xəbər verir ki, 06 noyabr 2018-ci il tarixdə Ordubad şəhər İnternat tam orta məktəbin idman zalında Ordubad rayon Gənclər və İdman İdarəsinin, Uşaq Gənclər İdman Məktəbinin və Naxçıvan MR Voleybol Federasiyasının Ordubad rayon bölməsinin birgə təşkilatçılığı ilə oğlanlardan ibarət ümumtəhsil məktəblərinin komandalırı arasında voleybol üzrə rayon birinciliyinə start verilib. Birincilikdə 14 komanda iştirak edir. Birinciliyin açılış mərasimində Ordubad rayon Gənclər və İdman İdarəsinin rəisi Əbülfəz Əliyev çıxış edərək “Dövlət Bayrağı”, onun yaranması, tarixi və bu günün təsis edilməsi haqqında idmançılara geniş məlumat vermiş və birincilikdə komandalara uğurlar arzulayıb. Sonra rayon Uşaq Gənclər İdman Məktəbinin direktoru Elşən Əliyev çıxış edərək idmançıları təbrik etmiş, onlara uğurlar arzulamış və birinciliyin gedişatı haqda məlumat vermişdir. Daha sonra sonra birinciliyə start verilib. Birincilik 3 gün müddətində davam edəcək.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here