Ev Aktual Voleybol üzrə rayon birinciliyinə start verilib

Voleybol üzrə rayon birinciliyinə start verilib

87
0
PAYLAŞ

06-08 noyabr 2018-ci il tarixdə Ordubad şəhər İnternat tam orta məktəbin idman zalında Ordubad rayon Gənclər və İdman İdarəsinin, Uşaq Gənclər İdman Məktəbinin və Naxçıvan MR Voleybol Federasiyasının Ordubad rayon bölməsinin birgə təşkilatçılığı ilə oğlanlardan ibarət ümumtəhsil məktəblərinin komandaları arasında voleybol üzrə rayon birinciliyinə start verilib.

Naxcivanxeberleri.com xəbər verir ki , 14 komandanın iştirak etdiyi birinciliyin açılış mərasimində Ordubad rayon Gənclər və İdman İdarəsinin rəisi Əbülfəz Əliyev çıxış edərək “Dövlət Bayrağı”, onun yaranması, tarixi və bu günün təsis edilməsi haqqında idmançılara geniş məlumat verib və birincilikdə komandalara uğurlar arzulayıb.

Sonra rayon Uşaq Gənclər İdman Məktəbinin direktoru Elşən Əliyev çıxış edərək idmançıları təbrik edib, onlara uğurlar arzulayıb və birinciliyin gedişatı haqqında məlumat verib.

3 gün davam edən birincilik maraqlı keçən mübarizələri ilə yadda qalıb.

 

Yekun nəticələrə əsasən final oyununda Sabirkənd tam orta məktəbinin komandası Dırnıs kənd tam orta məktəbinin komandasına 2 : 1 hesabı ilə qalib gələrək I yerin qalibi olub. Dırnıs kənd tam orta məktəbinin komandası II yerin, şəhər İnternat tam orta məktəbin komandası isə III yerin qalibi olublar. Sonda komandalar diplom, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here