Ev Hadisə Vərəm və xərçəngi tez aşkarlayan cihaz yaradıldı – İçərisində siçovul var…

Vərəm və xərçəngi tez aşkarlayan cihaz yaradıldı – İçərisində siçovul var…

91
0
PAYLAŞ
Rusiyalı mütəxəssislər onkoloji və vərəm xəstəliklərini erkən mərhələdə müəyyən etməyə imkan verən  bir cihaz hazırlayıb.
Naxcivanxeberleri.com  yazır ki, bu haqda  “RİA Novosti” xəbər yayıb. Ən maraqlısı odur ki, cihazın içərisinə siçovul yerləşdirilir. Bu üsulla xərçəngin 2-ci və 3-cü mərhələlərdə aşkarlanması şansının 90% -dən çox olduğu bildirilir. Həmçinin,  bu sistem vərəmi də müəyyən edə  bilir.
Cihaz aşağıdakı kimi fəaliyyət göstərir: sıçovula elektrodlar implantasiya edilir, onkoloji şişlərin spesifik maddələrinin heyvanın reseptorlarına təsiri nəticəsində yaranan bioritmlərin deşifrə edilməsinə imkan verən riyazi aparat yaradılır.
Bu vəziyyətdə siçovulun beyin bioritmlərinin şifrələməsindən sonra xəstəliyin olmasının yüksək ehtimalı aşkar edildikdə cihaz xüsusi bir siqnal verir. Hazırda cihaz 5 dəqiqə ərzində xərçəngi aşkarlayır.
Gələcəkdə mütəxəssislər həmin vaxtı bir dəqiqəyədək azaltmaq niyyətindədirlər.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here