Ev Siyasət Vəkillər Kollegiyasına yeni sədr seçildi

Vəkillər Kollegiyasına yeni sədr seçildi

221
0
PAYLAŞ
Anar Bağırov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri seçilib.

A.Bağırov bu vəzifəyə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin dekabrın 7-də keçirilən konfransında səsvermə nəticəsində seçilib. Bundan başqa, konfransda sədr müavinləri də müəyyənləşib. Aydın Axundov və Pərviz Ələkbərov sədrin müavinləri seçiliblər.

Hüquq elmləri üzrə fəlsəfə doktoru A.Bağırov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü olub. O, Hakimlərin Seçki Komitəsinin üzvü, Ədliyyə Akademiyasının Vəkillərin peşəyə buraxılış və ixtisasartırma fakültəsinin dekan əvəzi, Akademiyanın elmi şurasının üzvüdür. A.Bağırov Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 19 may tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Qeyd edək ki, Vəkillər Kollegiyasının əvvəlki sədri Azər Tağıyev səhhəti ilə əlaqədar vəzifəsindən istefa vermişdi. Onun səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edirdi.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here