Ev Sağlamlıq Uşaqlarda ÜRƏK XƏSTƏLİYİNİN 6 ƏLAMƏTİ

Uşaqlarda ÜRƏK XƏSTƏLİYİNİN 6 ƏLAMƏTİ

161
0
PAYLAŞ

Anadangəlmə ürək xəstəliyi dünyaya gələn hər min uşaqdan 5-8-ində rast gəlinir. Xəstəlik bəzən valideynlərin fərqinə vara biləcəyi əlamət göstərmir. Pediatr müayinə etdiyi zaman ürək xəstəliyinin olduğundan şübhələnərsə uşaq kardioloquna yönləndirir. Mütəxəssislər uşaqlarda rast gəlinən ürək xəstəliklərinin əlamətlərini sadalayır:

— Göyərmə — Böyümə və inkişaf geriliyi
— Döş qəfəsində ağrılar
— Özündəngetmə
— Gərginlik zamanı və ya sakit vəziyyətdə təngnəfəslik
— Çox tərləmə, tez yorulma.

Erkən müdaxilə övladınızın həyatını xilas edə bilər.
* Hamiləlikdə də anadangəlmə ürək xəstəliklərinin diaqnozunu qoymaq mümkün olur və erkən müdaxilə körpənin həyatını xilas edə bilər. Bu səbəbdən hamiləlikdə nizamlı müayinə olunması çox vacidir.

* Anadangəlmə ürək xəstəlikləri heç də hər zaman əlamət göstərmir, bu səbəbdən anidən həyat üçün riskli vəziyyət yarana bilər. Dolayısıyla hər bir uşaqda bir dəfə də olsa kardioloji testlər edilməlidir

* İdman etmə çağına gələn hər uşaqda EKG və Ekokardioqrafiya kimi ürək testləri mütləq edilməlidir

* Yetişkin yaşda yarana biləcək ürək-damar xəstəlikləri uşaqlıq dövründən başlayır. Övladınızı ürək xəstəliklərinə qarşı qorumaq üçün erkən yaşda idman etməsinə təşviq edin və təbii qidalarla qidalanmasına diqqət edin. Unutmayın ki, “idman ürəyin dostu, şəkər isə düşmənidir”.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here