Ev Sağlamlıq Uşaqlarda iştahasızlığın səbəbləri

Uşaqlarda iştahasızlığın səbəbləri

358
0
PAYLAŞ

Uşaqlarda qidalanma problemi
Analar əksərən uşaqlarının iştahsızlığından şikayət edərlər. Qarşılarına qoyulan yeməyi heç cür yeməyən, ətrafında yemək yeməsi üçün edilən bir çox hərəkətlərə baxmayaraq, bir-iki loxmadan sonra yeməyi qarşısından itələyən uşaqların sayı çoxdur.

Görəsən uşağınız hansı səbəbdən yemək yemir?
Ortada sizi narahat edəcək bir təhlükə varmı?  Xüsusilə ifadə etmək lazımdır ki, uşağın yemək yeməməsində heç bir təhlükə yoxdur. Bu kimi hadisələrin 1/4-də  uşaqların müəyyən səbəblərdən iştahlarının kəsilməsi ola bilər.
Böyüklər kimi, eyninilə kiçik yaşdakı uşaqların da yedikləri qida miqdarı eyni olmmaz. İri bədən quruluşu olan uşaqlar daha çox qidaya ehtiyac göstərərlər. Bunun əksinə də mümkündür. Kiçik quruluşlu bir uşaq, çox qüvvətli və çevik ola bilər və sərf etdiyi enerji müqabilində çox qida alar.
Bir uşağın hər gün yediyi yemək miqdarı da bir-birindən fərqlidir. Bunun səbəbi, həmin günlərdə uşağın inkişafının bir yavaşlama dövrü keçirməsidir. Əgər bu dövr keçdikdən sonra yenə yeməyə həvəslənəcək, bu dövrdə yeməyi azaltması uşağa heç bir zərər verməz.
Ümumiyyətlə 14 -15 ay arasındakı uşaqlarda iştahsızlıq görülür. Bir-iki gün kimi qısa bir müddət üçün iştahını itirən uşaqlara, bunu inkişaf edərkən keçirdiyini düşünülərək, zorla yemək yedirməyə çalışılmamalıdır. Əgər bu dövrədə zorla yemək yedirilsə, uşaq özünə göstərilən belə davranış və həssaslıqdan xoşlanacaq və hər zaman davam etdirmək istəyəcək, bunu xasiyyət halına gətirəcək.

İştahı azaldan səbəblər
Lakin ortada uşağın iştahını azaldan ciddi səbəblər də ola bilər. İki-üç aylıq körpəyə unlu qidalar verilsə udma hələ inkşaf etmədiyi üçün yemək istəməzlər. Xəstəlik başlayacağı zaman da iştah bağlanar. Diş çıxarmaları iştahı kəsir. Lakin bu bir-iki günlük və ya həftəlik məsələdir. Uşağın iştahı ondan sonra təkrar düzələr.
Bu vaxt ərzində zorla yemək yedizdirmək üçün sərf edəcəyiniz səylər əbəsdir. Unutmayın ki, uşağın iştahının kəsilməsi, normal zamanda onun nə qədər yemək yediyini meydana çıxaracaq. Çox üzərinə düşməməniz faydalıdır. Əks hərəkət etsəniz, uşağınız inad olar. Xüsusilə sevmədiyi qidaları zorla yedizdirmənizə diqqət yetirməlisiniz.

Narahat olmayın!
Məqsəd uşağınızın hər gün eyni qidanı alması deyil, əsas bir ay içində alması lazım gələn vitamin və mineralları götürüb müvazinətini itirməməsidir. Uşağa yemək yeməsi üçün  vaxt verin. Loxmaları ağzına tıxışdırmayın. Yedizdirərkən şən şeylərdən bəhs etmək iştah üzərində çox təsir edər.
Müntəzəm olaraq ailəvi bir süfrədə verilən yeməklə, mətbəxdə yemək bişirərkən yedirilən yeməyin bir-birindən nə qədər fərqli olduğu danılmazdır. Uşaqları hər zaman eyni yerdə yedizdirin.

Uşaqları süfrəyə oturtmalıyıqmı?

Bu suala böyük uşaqlar üçün “bəli” deyərlər. Kiçiklərin, ümumiyyətlə 6 yaşına qədər olan uşaqların tək daha yaxşı yemək yedikləri məlum olmuşdur. Ailədə yemək gec saatlarda yeyilirsə, uşaqları gözlətmək doğru deyil.
Bir çox ana və atalar uşaqlarla yemək yeyərkən kiçiklərin hər hərəkətinə qarışarlar. Unutmamalısınız ki, yemək süfrəsi uşağı danlamaq, cəzalandırmaq, qüsurlarını söyləmək yeri deyil.
Yeməklərdən əvvəl uşağa əlavə hər hansı bir qida verməyin. Bir peçeniye belə iştahı bağlayar.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here