Ev Maraqlı Uşaq kimi düşünə bilmək

Uşaq kimi düşünə bilmək

154
0
PAYLAŞ

O gün hava çox pis idi.. durmadan göy guruldayır, yağış yağırdı…. balaca qız yenə də hər tezdən etdiyi kimi anasının səsiylə yuxudan oyanmış, səhər yeməyini etmiş və hər gün yeriyərək getdiyi məktəbinə doğru anası ilə birlikdə yola qoyulmuşdu… ancaq şimşəklər bir-birinin ardınca və o qədər gurultu ilə çaxırdı ki balaca qızın anası “qızım bu havada yolda yeriyərkən qorxar, onu avtomobillə aparsaydım yaxşı olardı?” deyə təlaşlandı.. Balaca qız kiçik adımlarla yeriyir amma nə zaman şimşək çaxsa dayanıb göyə baxır və gülümsəyirdi.. Anası ilk öncə fikir vermədi amma qızının niyə belə etdiyi ona maraqlı gəlmişdi və nəhayət dayana bilməyib soruşdu: “Qızım heç qorxmursan belə havada yeriməkdən…? Birdə ki, nə zaman şimşək çaxsa yuxarı baxaraq elə nə edirsən…?” Balaca qız cavab verdi: “Gülümsüyürəm… çünki Allah şəklimi çəkir…” Uşaqlar bir aləmdir. Onların hər sözünün, hər hərəkətinin arxasında saf, təmiz duyğularla yanaşı, özlərinin yaratdıqları bir dünya dayanır. Bu dünyanı böyüklərdən xəbərsiz yardır balacalar. Çünki, böyüklərin o dünyaya müdaxilə etmələrini istəmirlər. Saf, təmiz qalması üçün müübarizə aparırlar. Əslində balacalar üçün hazırladığımız bu videoda mesajımız böyüklərədi: Gəlin, bizi məhvə götürən aciz qürurumuzdan, yersiz mübarizələrdən əl çəkək. Ən əsası əslində daxilimizdə var olmağına baxmayaraq, həmişə aşkara çıxartmaqdan qorxduğumuz uşaq ruhumuzdan möhkəm yapışaq. Gəlin uşaq kimi düşünək…

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here