Ev Dünya Türkiyədən müsəlman ölkələrinə ÇAĞIRIŞ

Türkiyədən müsəlman ölkələrinə ÇAĞIRIŞ

408
0
PAYLAŞ

Türkiyənin baş naziri Binəli Yıldırım müsəlman ölkələrini İsraillə münasibətləri təkrar gözdən keçirməyə çağırıb.

Naxcivanxeberleri.com xəbər verir ki, bu haqda “Anadolu” agentliyi yazıb.

“Türkiyə dinc nümayişlərdə iştirak edən fələstinlilərə atəş açan İsraili qətiyyətlə ittiham edir, Ankara həmçinin regionda sülhə zərər vuran Birləşmiş Ştatları ittiham edir. Müsəlman ölkələri İsraillə münasibətlərini təkrar gözdən keçirməlidir”, – Türkiyə hökumətinin başçısı deyib.

Baş nazir xatırladıb ki, Türkiyə mayın 18-də İslam Əməkdaşlığı Təşkilinin fövqəladə iclasını çağırıb. İclas İstanbulda keçiriləcək.

Xatırladaq kli, mayın 14-də İsraildə yeni Amerika səfirliyinin açılış mərasimi keçirilib. Bu hadisə İsrail-Fələstin sərhədində vəziyyət gərginləşməsi ilə nəticələnib.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here