Ev Cəmiyyət Türkiyədə keçirilən beynəlxalq konfransda Azərbaycanın qəhrəmanlıq dastanlarından danışılıb

Türkiyədə keçirilən beynəlxalq konfransda Azərbaycanın qəhrəmanlıq dastanlarından danışılıb

110
0
PAYLAŞ

Türkiyənin Kayseri şəhərində “Beynəlxalq Dəvəli Aşıq Seyrani və Türk mədəniyyəti” mövzusunda keçirilən beynəlxalq elmi konfransda ölkəmizi Azərbaycan Turizm və Menecment Universitetinin doktorantı Bünyamin Qəmbərli təmsil edib.

Universitetdən  bildirilib ki, konfransda “Azərbaycan qəhrəmanlıq dastanlarında fiziki mədəniyyət” mövzusunda məruzə ilə çıxış edən B.Qəmbərli Azərbaycan şifahi xalq ədəbiyyatının həcm etibarı ilə ən böyük janrlarından birinin dastanların olduğunu deyib. Diqqətə çatdırılıb ki, əsasən epik növə daxil olan dastanlarda lirik ədəbi nümunələrdən, xüsusən də qoşma və gəraylılardan geniş şəkildə istifadə olunur. Aşıqlar məclislərdə dastanın nəsr hissəsini bir aktyor kimi danışır, nəzm hissəsini isə sazda çaldıqları havalara uyğun oxuyurlar.

Konfransın gündəliyinə Türkiyədən 70, Azərbaycandan 6, Qırğızıstan, Qazaxıstan, Yunanıstan və digər ölkələrdən isə 30 məqalə daxil edilib.

Konfrans materiallarının kitab şəklində çap olunub geniş ictimaiyyətə çatdırılması nəzərdə tutulub.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here