Ev Dünya Tramp: ABŞ Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verir

Tramp: ABŞ Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verir

61
0
PAYLAŞ

“ABŞ Cənub Qaz Dəhlizini dəstəkləyir. ABŞ sizinlə işləməyə hazırdır”.

Bu sözlər ABŞ prezidenti Donald Trampın bu gün Bakıda keçirilən 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi ilə əlaqədar ünvanladığı məktubda əksini tapıb.

D.Tramp bildirib ki, ABŞ Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verir: “Azərbaycanın inkişafını, enerji təhlükəsizliyinin qorunması yönündə səylərini dəstəkləyirəm”.

ABŞ lideri ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu da qeyd edib: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə həllinə sadiqdir”.(APA)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here