Ev Dünya Tbilisi beynəlxalq hava limanında bomba həyəcanı-Sərnişinlər təxliyyə olundu

Tbilisi beynəlxalq hava limanında bomba həyəcanı-Sərnişinlər təxliyyə olundu

27
0
PAYLAŞ

Gürcüstan Daxili İşlər Nazirliyi Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında partlayıcı qurğu olması ehtimalı barədə məlumat yayıb.
Nazirliyin məlumatında hazırda hava limanında lazımi axtarış-xilasetmə tədbirlərinin həyata keçirildiyi qeyd olunub.
Məlumatda bildirilib ki, “112” Çağrı Mərkəzinə olunan naməlum zəngin yalan olması axtarışın nəticələrindən sonra məlum olacaq.
*** 19:43
Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında fövqəladə vəziyyət yaranıb.
Bu barədə Gürcüstanın “Birinci kanal” televiziyası məlumat yayıb.
Naməlum şəxs aeroportda təhlükəli çanta olması barədə “112” Çağrı Mərkəzinə zəng edib.
Hava limanındakı sərnişinlər təxliyyə olunublar, başqa ölkələrdən və şəhərlərdən gələn sərnişinləri təyyarələrdən kənara buraxmırlar.
Aeroportun ərazisində partlayıcı qurğu axtarılır.
Hadisə yerində polis təhqiqat aparır. report.az

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here