Ev İdman Taekvondoçumuz ikiqat Avropa çempionu olub

Taekvondoçumuz ikiqat Avropa çempionu olub

202
0
PAYLAŞ

Rusiyanın Kazan şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatında Azərbaycan millisi növbəti medalını qazanıb.

Naxcivanxeberleri.com xəbər verir ki, +87 kq-da çıxış edən Radik İsayev bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub.

Bununla da 28 yaşlı idmançı karyerasında ikinci dəfə Avropa çempionu olub.

Qeyd edək ki, dağıstanlı legionerimiz Radik İsayev ilk dəfə 2014-cü ildə Bakıda keçirilmiş qitə çempionatında bu titula yiyələnib. Onun aktivində dünya və Olimpiya çempionluğu da var.

Onu da bildirək ki, Azərbaycan taekvondoçuları Avropa çempionatından vətənə üç medalla qayıdır. Belə ki, iranlı legionerimiz Milad Beiqi Hərçəqani (80 kq) və dağıstanlı Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here