Ev Cəmiyyət Tələbələrlə görüş keçirilib

Tələbələrlə görüş keçirilib

151
0
PAYLAŞ

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı Sərəncamın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin bir qrup əməkdaşı “Naxçıvan” Universitetinin Pedaqoji fakültəsinin tələbələri ilə görüş keçirmişlər.

Naxcivanxeberleri.com xəbər verir ki, tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Rəsm Qalareyasının direktoru Hökumə Məmmədli açaraq bildirmişdir ki, Naxçıvanın milli geyimləri xalqımızın mədəniyyət tarixini öyrənmək üçün qiymətli mənbələrdəndir. Xalq geyimləri daha çox bu bölgənin milli xüsusiyyətlərini özündə əks etdirir. Çünki xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xüsusiyyətlərinin bir qismi öz əksini Naxçıvanın milli geyimlərində tapır. Qədim diyarda milli geyimlərin inkişaf tarixi haqqında bölgənin ayrı-ayrı yerlərindən tapılmış arxeoloji materiallar və müxtəlif başqa mənbələr əsasında müəyyən fikir demək mümkündür. Sonra milli geyimlərimizi əks etdirən  nümayiş etdirilmiş, tələbələri maraqlandıran suallar ətraflı cavablandırmışdır.

Nuray ƏSGƏROVA

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here